Gürcüstan parlamenti yeni konstitusiya dəyişiklikləri layihəsini birinci oxunuşla təsdiqlədi
Gürcüstan parlamenti yeni konstitusiya dəyişiklikləri layihəsini birinci oxunuşla təsdiqlədi

Gürcüstan parlamenti bugün yeni konstitusiya dəyişiklikləri layihəsinin birinci oxunuşla təsdiqlədi.

Səs vermə dünən keçirilməli idi, ancaq iclasda yetərli sayda deputatların iştirak etmədiyinə görə, proses baş tutmadı və bugünə təxirə salındı.

Qanunverici orqan konstitusiya dəyişiklikləri layihəsinin ikinci oxunuşla müzakirə edilməsini və qəbul edilməsini bugünki plenar iclasda planlaşdırır, üçüncü oxunuşla artıq təsdiqlənməsini isə, parlamentin yaz sesiyasında planlaşdırır.

Yeni konstitusiya dəyişiklikləri 2020-ci ildə, parlament bloklarının bir dəfəlik funksiyasına icazənin verilməsini və bonus sistemlərinin ləğv edilməsini nəzərdə tutur.

Dəyişikliklər din və konstitusiya hüququnun bəzi maddələrinə də toxundu.

Dəyişikliklər əsasən seçki mövzusuna aiddir. Bonus sisteminin ləğv olunacaq, parlament seçkilərində bütün mandatlar siyasi partiyalar tərəfindən yığılan səslərə görə, proporsiyonal şəkildə bölüşdürüləcək. Həmçinin, seçkilərdə siyasi partiyalardan başqa, bloklar da iştirak edə biləcəklər.

Parlament yeni konstitusiyayı üçüncü oxunuşla, sentyabrın 26-da qəbul etmişdi, ancaq prezident tərəfindən qoyulan vetoya görə, konstitusiyaya dəyişikliklər əlavə edilməli oldu.