Gürcüstan parlamenti və Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq sənədi imzalanıb
Gürcüstan parlamenti və Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq sənədi imzalanıb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Mustafa Şentop iki ölkə parlamentləri arasında əməkdaşlığa dair yenilənmiş sənədi imzalayıblar.

Sənədə əsasən, tərəflər qanunvericilik aktlarının hazırlanması və qəbulu sahəsində təcrübə və parlament fəaliyyəti ilə bağlı təcrübə əldə etmək üçün müntəzəm təmasların və ikitərəfli səfərlərin qurulmasına kömək edəcəklər. Bundan əlavə, imza atan tərəflər qarşılıqlı faydalı beynəlxalq məsələlər üzrə məsləhətləşmələr təşkil edəcək, beynəlxalq parlament təşkilatları çərçivəsində bir-birini dəstəkləyəcək, bu sahədə dialoq və əməkdaşlığı genişləndirəcəklər.

Gürcüstanın Parlament Aparatı və Türkiyə Böyük Millət Məclisinin Administrasiyası arasında təcrübə və ən yaxşı praktika mübadiləsini asanlaşdıracaq təlim proqramları və əməkdaşlıq layihələrinin hazırlanması nəzərdə tutulub.

Sənəd Türkiyə Böyük Millət Məclisi sədrinin Gürcüstana səfəri zamanı imzalandı.