Gürcüstan Parlamenti Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım üçün növbəti humanitar yük göndərir
Gürcüstan Parlamenti Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım üçün növbəti humanitar yükü Türkiyə Səfirliyinə təhvil verəcək. Bu barədə Gürcüstan Parlamentinin mətbuat xidməti məlumat yayır.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, humanitar yüklərin alınması üçün pullar deputatların və Parlament aparatının əməkdaşlarının xüsusi olaraq açdıqları xəzinə hesabına yığıldı.
Gürcüstan Parlamentinin topladığı humanitar yük Türkiyə Cümhuriyyətinin Səfirliyinə ikinci dəfə təhvil veriləcək.