Gürcüstan parlamenti Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə humanitar yük göndərəcək
Gürcüstan parlamenti Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə humanitar yük göndərəcək

 

Parlament Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə kömək etmək üçün xeyriyyə aksiyasına başlayır -bu barədə parlamentin sədri Şalva Papuaşvili plenar iclasda bəyanat verib.

“Bütün deputatları bu xeyriyyə aksiyasında iştirak etməyə çağırıram. Dekabrda üzrlü səbəb olmadan davamiyyətsizliyə görə deputatlardan tutulan vəsaitin bu xeyriyyə aksiyasına sərf edilməsi üçün artıq Xəzinədarlar Şurasına müraciət etmişəm”- deyə parlamentin sədri açıqlayıb.

Bununla yanaşı, Gürcüstan parlamentində xüsusi bank hesabı açılıb, bu hesabda deputatlar və parlament aparatının əməkdaşları zərərçəkənlər üçün maddi yardım toplayacaq və müvafiq humanitar yük hazırlanacaq.

Gürcüstan parlamentində qeyd olunduğu kimi, zərərçəkmişlər üçün lazım olan məhsullar və məişət əşyaları yaxın vaxtlarda Türkiyə Respublikasına göndəriləcək.