Gürcüstan parlamenti - martın 6-da parlamentin binasında məhdud icazə rejimi qüvvədə olacaq
Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri haqqında bəyanat yayır.
Bəyanatda qeyd edildiyi kimi, martın 6-da parlamentin binasında məhdud icazə rejimi qüvvədə olacaq.
“Cari ilin martın 6-da “Gürcüstanın parlament sarayında və ətraf ərazidə təhlükəsizliyin mühafizəsi rejimi haqqında” Gürcüstan parlamentinin sədrinin 2016-cı ilin 30 dekabr tarixli N259/3 əmri ilə təyin edilmiş tənzimləməyə müvafiq olaraq parlament binasında məhdud icazə rejimi qüvvədə olacaq”-deyə parlamentin bəyanatında deyilir.
Verilmiş məlumatda məhdudiyyətin akkreditasiyadan keçmiş jurnalistlərə və müvafiq komitə ilə əvvəlcədən razılaşdırılmış tədbirlərdə iştirak edən şəxslərə şamil edilməyəcəyi deyilir.
“Bəhsi keçən tədbirin məqsədi Gürcüstan parlamentinin üzvlərinin, aparatın əməkdaşlarının və parlamentin ziyarətçilərinin təhlükəsizliyini qorumağa və iş şəraitini təmin etməyə xidmət edir”- deyə Gürcüstan parlamentinin bəyanatında deyilir.