Gürcüstan parlamenti Arçil Tatunaşvili ilə bağlı rezolyusiyayı qəbul etdi
Gürcüstan parlamenti Arçil Tatunaşvili ilə bağlı rezolyusiyayı qəbul etdi

Gürcüstan parlamenti Arçil Tatunaşvili ilə bağlı rezolyusiya layihəsini 106 səslə təsdiq etdi.

Deputatlar sənədi bugünki plenar iclasda səs verməyə çıxartdılar, ancaq səs verməyə qədər siyasi debatlar keçirildi.

“Gürcü Arzusu” və “Avropa Gürcüstanı” tərəfindən hazırlanan sənədlə, Gürcüstan iqtidarı parlamentə işğal altında olan ərazilərdə Gürcüstan vətəndaşlarının öldürülməsi, oğurlanması, işkəncə edilməsi və qeyri-insani rəftarda ittiham edilən şəxslərin siyahısını 2018-ci ilin iyunun 15-nə qədər təqdim etməlidir.

Rezolyusiyada həmçinin, deyilir ki, Gürcüstan iqtidarı, beynəlxalq təşkilatlar və partnyor ölkələri tərəfindən adlanan şəxslərə qarşı bütün mövcud məhdudiyyətin, onların arasında viza və maliyyə tranzaksiyaların həyata keçiriliməsi ilə bağlı məhdudiyyatların qoyulması və hüququn icra edilməsinə əl verişli şərait yaradılmalıdır.

Səs vermədə iştirak etməkdən “Vətənpərvərlər Alyansı” və “Milli Hərəkat” partiyası baş qaçırtdılar.