Gürcüstan Parlamenti Ali Məhkəmənin hakimlərinin təyin edilməsi barəsində qərarı cari sessiyada qəbul etməyəcək
Gürcüstan Parlamenti Ali Məhkəmənin hakimlərinin təyin edilməsi barəsində qərarı cari sessiyada qəbul etməyəcək və məsələyə yaz sessiyasında geri qayıdacaq, – bu barədə Gürcüstan Parlamentinin sədri, irakli Kobaxidze bəyan etdi.
“Bildiyiniz kimi, Aıi Ədliyyə Şurası Parlamentə seçilməsi üçün Ali Məhkəmənin hakimliyinə namizədləri təqdim etdi. Gürcüstan Parlamenti Ali Məhkəmənin hakimlərinin təyin edilməsi barəsində qərarı cari sessiyada qəbul etməyəcək və məsələyə yaz sessiyasında geri qayıdacaq”, – İrakli Kobaxidze bəyan etdi.