Gürcüstan Parlament nümayəndə heyəti Ukraynadan qayıtdı. Deputatlar Tbilisiyə az öncə endilər.
Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvilinin rəhbərlik etdiyi Parlament nümayəndə heyəti Ukraynaya aprelin 16-da səfər etdi. Nümayəndə heyəti 9 nəfərdən ibarət idi.
Gürcü deputatlarını Kiyevdə Ukrayna Radasının sədri, Ruslan Stefançuk qəbul etdi.
Gürcüstan nümayəndə heyətinin üzvləri Radanın sədri ilə birlikdə Buça və İrpen şəhərlərində oldular.
Nümayəndə heyətinə Gürcüstan Parlamentinin vitse-spikerləri – David Sergeenko, Arçil Talakvadze və Levan İoseliani daxildir. Həmçinin, Parlamentin Diaspor və Qafqaz Məsələləri Komitəsinin sədri Beka Odişariya, “Lelo” partiyasının üzvü Ana Natsvlişvili, “Qirçinin” üzvü Vaxtanq Meqrelişvili, “Respublikaçı” Xatuna Samnidze və “Gürcüstan Naminə” partiyasının üzvü Giorgi Xocevanişvili daxil idi.