Gürcüstan Parlament nümayəndə heyəti Londonda Geostrateji Şuranın dəyirmi masasının işində iştirak etdi
Gürcüstan Parlament nümayəndə heyəti Londonda Geostrateji Şuranın dəyirmi masasının işində iştirak etdi

Gürcüstan Parlament nümayəndə heyəti Böyük Britaniyaya səfərini davam etdirir. Deputatlar Geostrateji Şuranın dəyirmi masasının işində iştirak etdilər, burada da bölgədəki vəziyyət və iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi barəsində danışdılar.

“Görüşdə necə akademik, eləcə də analitik təşkilatlardan müdafiə və təhlükəsizlik məsələləri üzrə Britaniya ekspertləri ilə söhbət etdik. Söhbət Ukrayna, bölgədəki vəziyyət və Qara dənizdəki risklər və perspektivlərdən oldu. Gürcüstanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsi, eləcə də bölgə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində Britaniya-Gürcüstan əməkdaşlığının gələcəyini müzakirə etdik. Biz bu rekomendasiyaları Gürcüstan hökumətinə təqdim edəcəyik və gələcək fəaliyyətləri planlaşdırarkən nəzərə alacağıq”, – Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini, Giorgi Xelaşvili bəyan etdi.

Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.