Gürcüstan Parlament nümayəndə heyəti London Ticarət Palatasının rəhbəri ilə görüşdü
Gürcüstan Parlament nümayəndə heyəti London Ticarət Palatasının rəhbəri ilə görüşdü

Gürcüstan Parlament nümayəndə heyəti, Birləşmiş Krallığa səfəri çərçivəsində London Ticarət Palatasının rəhbəri, Riçard Berc ilə görüşdü.

Nümayəndə heyətinin üzvü, Xarici Əlaqələr Komitəsinin sədri, Nikoloz Samxaradzenin bəyan etdiyinə görə, görüşdə Gürcüstanın investisiya potensialı və imkanları müzakirə olundu.

“Bildiyiniz kimi, London dünyanın ən mühüm maliyyə mərkəzlərindən biridir və əlavə dəyər vergisi ödəyən 400 mindən çox biznes qeydiyyatdan keçib. Bu, böyük imkanlar şəhəridir və ona görə də biz, Gürcüstanın investisiya imkanlarından danışdıq. Biz də ona Gürcüstanda xarici investisiyalar üçün mövcud olan vergi güzəştlərindən dedik. Razılaşdıq ki, pandemiya ilə bağlı vəziyyət yaxşılaşdıqdan sonra, Gürcüstanın investisiya potensialı barədə məlumat vermək üçün müxtəlif biznes idarələrindən London Ticarət Palatasının nümayəndə heyətini qəbul edəcəyik”, – Nikoloz Samxaradze bəyan etdi.

Gürcüstan Parlamentinin nümayəndə heyətinə deputatlar: Nikoloz Samxaradze, Nino Silosani, Giorgi Xelaşvili və Teona Akubardia, həmçinin Parlament sədri kabinetinin rəhbəri, Levan Maxaşvili daxildir.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.