Gürcüstan parlament nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak edəcək
Gürcüstan Parlamentinin daimi fəaliyyət göstərən nümayəndə heyəti, Parlament sədrinin müavini, Kaxa Kuçavanın rəhbərliyi ilə, 25-29 yanvarda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak edəcək. Bu, onuncu çağırış Parlament çərçivəsində parlament nümayəndə heyətinin ilk səfəridir.
Gürcüstan Parlamentinin mətbuat xidmətinin məlumatına görə, sessiyada əsas müzakirə mövzusu qlobal pandemiya və koronavirusa qarşı vaksin məsələsi olacaq.
Nümayəndə heyəti üzvlərinə Ümumdunya Səhiyyə Təşkilatının baş direktoru, Tedros Adanom Qebreyesus nitqlə müraciət edəcək.
Elə mətbuat xidmətinin məlumatına görə, sessiya və komitə işlərinə paralel olaraq, nümayəndə heyəti üzvləri yüksək səviyyəli görüşlər keçirəcəklər.
Səfər çərçivəsində, nümayəndə heyətinin üzvü, Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti İrakli Kobaxidze deputatlarla birlikdə, Assambleyanın prezidenti Rik Daems, baş katib Mariya Peynçoviç, komissar Duniya Miyatoviç, Venesiya Komissiyası prezidenti Cani Bukikio və katib Simona Menqini-Qranata ilə görüşəcək.
Gürcüstan Parlamentinin daimi fəaliyyət göstərən nümayəndə heyəti qarşıdakı deputatlardan ibarətdir: İrakli Kobaxidze, Mariam Kvrivişvili, Givi Mikanadze, İrakli Çikovani, Tamar Taliaşvili və Pridon İnciyia.