Gürcüstanın para-cüdo Komandası dünya çempionu oldu #1TVSPORT
Tbilisidə para-cüdo üzrə dünya çempionatı başa çatıb. Çempionatın son günündə komanda yarışı keçirilib və Gürcüstanın para-cüdo üzrə milli komandası dünya çempionu olub. Görmə məhdudiyyəti olan idmançılar arasında, J2 kateqoriyasının finalında gürcü paracüdoçular neytral bayraq altında çıxış edən komandanı 4:2 hesabı ilə məğlub ediblər.
Gürcüstan komandasının tərkibində Revaz Çikoidze,Qiorqi Kaldani, Zviad Qoqoçuri, Zurab Zurabiani, Levani Quqava və Baçuki Şelia mübarizə aparıblar.
Turnir Gürcüstanın İdman Nazirliyi və Tbilisi Meriyasının dəstəyi ilə keçirilib, media tərəfdaşlığını isə Gürcüstan İctimai Yayımçısı təmin edib. Dünya çempionatında rekord sayda – 44 ölkədən 312 para-idmançı iştirak edib.