Gürcüstan nəqliyyat kommunikasiyalarını və yol təhlükəsizliyini yaxşılaşdırmaq üçün Avropa Komissiyasından 16 milyon avro alacaq
Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə Avropa Komissarı Oliver Varhei və Avropa İnvestisiya Bankının prezidenti Verner Heuer Avropa Komissiyası ilə Avropa İnvestisiya Bankı (AİB) arasında “Töhfə Sazişi”nə dair bəyanatı imzalayıblar.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, saziş Avropa Komissiyası tərəfindən Avropa İnvestisiya Bankının həcmi 16 milyon avro təşkil edən və “Gürcüstanın nəqliyyat kommunikasiyaları – yol təhlükəsizliyinin təkmilləşdirilməsi” kimi layihənin həyata keçirilməsi mənasına gələn investisiya qrantının maliyyə dəstəyini nəzərdə tutur.
Onların məlumatına görə, layihənin məqsədi növbəti illərdə Gürcüstanda yol-nəqliyyat şəbəkələrini və infrastrukturu inkişaf etdirməkdir ki, bu da öz növbəsində ölkənin iqtisadi inkişafında böyük rol oynayacaqdır. Layihə çərçivəsində Gürcüstan hökuməti ilə fəal əlaqə davam edir.