"Gürcüstan Naminə" partiyasının parlament komandası parlamentdə "Yerli Özünüidarəetmə Məcəlləsi"-nə dəyişikliklər layihəsinin təşəbbüsünü qaldırıb
"Gürcüstan Naminə" partiyasının parlament komandası parlamentdə "Yerli Özünüidarəetmə Məcəlləsi"-nə dəyişikliklər layihəsinin təşəbbüsünü qaldırıb

 

“Gürcüstan Naminə ” partiyasının parlament komandası parlamentdə “Yerli Özünüidarəetmə Məcəlləsi”-nə dəyişikliklər layihəsinin təşəbbüsünü qaldırıb. Partiyanın mətbuat xidməti bu barədə məlumat yayır.

Onların verdiyi məlumata görə, qanunlayihə dövlət büdcəsi şəklində yerli özünüidarəetmənin həyata keçirilməsində vətəndaşların əlavə iştirak formasının yaradılmasını nəzərdə tutur.

“Xalq büdcəsi, əhalinin özünüidarəetmənin həyata keçirilməsində birbaşa iştirakı ilə munisipalitetin büdcəsində müəyyən miqdarda pulun idarə edilməsi deməkdir. Öz növbəsində, munisipalitet sakrebulosu xalq büdcəsinin həyata keçirilməsi üçün xüsusi məbləğ təyin etməli olacaq, bu munisipalitetin büdcəsinin 3 faizindən az olmamalıdır.

Yerli özünüidarəetmədə vətəndaşların iştirakının gücləndirilməsi “Gürcüstan Naminə ” partiyası üçün vacib proqram prioritetlərindən biridir. Bu qanunvericilik təşəbbüsü məhz bu məqsədə xidmət edir” -deyə mətbuatda qeyd olunur.