"Gürcüstan Naminə" partiyasının deputatları "Ümumi Məhkəmələr haqqında Qanun"-a dəyişikliklər layihəsinin təşəbbüsünü qaldırıblar
"Gürcüstan Naminə" partiyasının deputatları "Ümumi Məhkəmələr haqqında Qanun"-a dəyişikliklər layihəsinin təşəbbüsünü qaldırıblar

“Gürcüstan Naminə” partiyasının deputatları “Ümumi Məhkəmələr haqqında Qanun”-a dəyişikliklər layihəsinin təşəbbüsünü qaldırıblar.

Partiyanın mətbuat xidməti bu barədə məlumat yayır.

Onların sözlərinə görə, təşəbbüsə əsasən, Ali Ədliyyə Şurası tərəfindən qərarın verilməsi qaydası    2/3 prinsipinə əsaslanacaq. Konkret olaraq, qərarın verilməsi üçün , şuranın həm hakim, həm də qeyri hakim üzvlərinin  2/3-nin eyni anda razılığı olmalıdır.

“Bu dəyişiklik, Ali Ədliyyə Şurası tərəfindən : Gürcüstan Parlamentinə Ali Məhkəmə  hakimi vəzifəsinə namizədin seçilməsi üçün irəli sürülməsi, hakimlərin vəzifəyə ömürlük təyin edilməsi , Apelyasiya Məhkəməsi və rayon (şəhər) məhkəmələrinin hakimlərinin vəzifədən azad edilməsi, hakimlərin disiplin məsuliyyətinə cəlb edilməsi kimi qərarların alınmasına şamil ediləcək. “Gürcüstan Naminə” partiyasının üzvlərinin sözlərinə görə, məhkəmə sisteminə inamın bərpası prosesi Ali Ədliyyə Şurasının əsaslı islahatı ilə başlamalıdır. Ali Ədliyyə Şurasında alternativ güc mərkəzi yaratmaq lazımdır ki, bu da ilk növbədə məhkəmədəki “təsir qruplarının” aradan qaldırılmasını təmin etməli və sistem daxilində güc tarazlığı yaratmalıdır. Partiyanın təşəbbüsü ilə hazırlanan qanun layihənin  məqsədi budur” deyə məlumatda bildirilir.