"Gürcüstan Naminə" partiyası Ozurqetidə regional ofisin açılışını etdi və merliyə namizəd irəli sürdü
"Gürcüstan Naminə" partiyası Ozurqetidə regional ofisin açılışını etdi və merliyə namizəd irəli sürdü

 

“Gürcüstan Naminə” partiyası Ozurqetidə regional ofisin açılışını etdi . Sözü gedən partiyadan Qia Tsetsxladze mer vəzifəsi uğrunda mübarizə aparacaq. Partiya sədri Qiorqi Qaxaria , partiya üzvləri ilə birlikdə regional ofisin açılışını edib.

Qaxaria toplaşan tərəfdarlarına “Gürcüstan Naminə” partiyasının proqram baxışlarını təqdim etdi.

“Ozurqetidə ofis açırıq və hesab edin ki, Ozurqetidə seçki kampaniyasına birlikdə başlayırıq. Biz yeni partiyayıq və müvafiq olaraq , bölgələrdə partiya təşkilatlarını və seçki kampaniyasını eyni zamanda həyata keçirəsi oluruq. Lakin, Ozurqeti onunla fərqlənir ki, partiya simamızın kim olması barədə çox düşünmədik. Çünki, hamınız bu insanı tanıyırsınız. O, vicdanlı dövlət işçisinin təcəssümüdür. Artıq neçə vaxtdır vətənə belə xidmət edir. Bu gündən etibarən bizimlə birlikdə ölkəyə və dövlətə xidmət etməyə davam etməsindən son dərəcə xoşbəxtəm və qürur duyuram. Bunu tam səmimiyyətimlə deyirəm. Bundan əlavə, sizinlə uğur qazanacağımıza və qalibiyyətə əminəm. Bizim, hər kəsin, yanımızda gördüklərinizin əsas məqsədi güclü bir dövlətdir. Əgər bu 30 ildən sonra da eyni dairə boyunca hərəkəti qırıb güclü bir dövlət yaratmasaq, irəliyə gedə bilməyəcəyik” – deyə Qaxaria bildirib.