"Gürcüstan Naminə" partiyası – Görünür, “Lelo” daxili konsensusa nail ola bilməyib, seçki vaxtı artıq məhduddur, müvafiq olaraq, bu mərhələdə razılaşma əldə etmək mümkün olmadı
"Gürcüstan Naminə" partiyası – Görünür, “Lelo” daxili konsensusa nail ola bilməyib, seçki vaxtı artıq məhduddur, müvafiq olaraq, bu mərhələdə razılaşma əldə etmək mümkün olmadı

 
Görünür, “Lelo” daxili konsensusa nail ola bilməyib, seçki vaxtı artıq məhduddur, müvafiq olaraq, bu mərhələdə razılaşma əldə etmək mümkün olmadı – bu haqda bəyanatı “Gürcüstan naminə” partiyası sosial şəbəkədə yayıb.

Bəyanatda deyilir ki, “Gürcüstan Naminə” partiyasının siyasi məqsədi “Milli Hərəkat” geri qayıtmadan “Gürcü Arzusu”nu hakimiyyətdən uzaqlaşdırmaqdır.

“Ölkədəki cari siyasi proseslərdə mühüm rolu olan Gürcüstan Prezidentinə təşəkkür edirik və bir daha ehtiramımızı təsdiqləyirik. Məhz onun təşəbbüsü və dəvəti ilə bir neçə gündür gedən siyasi müzakirədə iştirak etdik. Həmçinin, müzakirədə iştirak etdiyi üçün “Lelo”ya təşəkkür edirik.

Siyasi komandamız üçün dövlətin və vətəndaşlarımızın ümumi milli maraqları hər zaman hər növ partiya və/və ya şəxsi mənafedən üstün olub. Keçmişdə – bizim iqtidarda olduğumuz dövrdə belə idi , bu gün – müxalifətdə ikən belədir, gələcəkdə də belə olacaq.

Bundan irəli gələrək, biz partiya maraqlarımızı bir kənara qoyduq və hər şeyi güzəştə getdik, əvəzində qarşı tərəf daxili koalisiya razılaşması üçün vaxt istədi. Təəssüf ki, görünür, qarşı tərəf daxili konsensusa nail ola bilməyib. Konkret qərarların qəbulu üçün seçki vaxtı artıq məhduddur, müvafiq olaraq, bu mərhələdə razılaşma əldə etmək mümkün olmadı.

“Lelo” ilə aramızda başlayan müzakirə bizə növbəti çağırış parlamentində əməkdaşlıqla bağlı müsbət gözləntilər verir. Siyasi məqsədimiz “Milli Hərəkat” geri qayıtmadan “Gürcü Arzusu”nu hakimiyyətdən uzaqlaşdırmaq, ölkədə əmin-amanlığı təmin etmək və qütbləşməyə son qoymaqdır” – partiya tərəfindən yayılmış bəyanatda deyilir.