Gürcüstan Müdafiə Qüvvələrinin komandanı Avropa İttifaqının Hərbi Komitəsinin iclasında iştirak edib
Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili Brüsseldə səfərdədir və burada Hərbi Komitənin iclasında iştirak edib. Məlumatı Müdafiə Nazirliyi yayıb.
Agentliyin məlumatına görə, görüş Aİ-yə üzv və tərəfdaş ölkələrin müdafiə qüvvələrinin komandanları səviyyəsində keçirilib.
Müdafiə nazirləri Aİ-nin İnteqrasiya edilmiş Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) məsələlərini və Aİ-nin rəhbərlik etdiyi beynəlxalq hərbi missiyaları və əməliyyatları müzakirə ediblər.
General-mayor Qiorqi Matiaşvili Aİ-nin Hərbi Komitəsinin sədri vəzifəsini tərk edən və iyun ayından etibarən Avstriya Müdafiə Qüvvələrinin komandanı general Robert Briqqerlə əvəzlənəcək general Klaudio Qratsianonun dəvəti ilə Hərbi Komitənin iclasında iştirak edib.
Müdafiə Qüvvələrinin Ali Baş Komandanı Moldova Milli Ordusunun Baş Qərargah rəisi general Eduard Ohladçuk ilə də görüşüb.
Tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələləri və çağırışları müzakirə ediblər.