30 aprel gürcü ordusunun günüdür. Gürcüstan Müdafiə Qüvvələri yaranmasının 28 illiyini qeyd edir.
Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, gürcü ordusu gününün qeyd olunması Gürcüstan Müdafiə Nazirliyinin idarə mərkəzindən başlayacaq. Nazir Levan İzoriya beynəlxalq missiyalarda olan gürcü bölmələrini bu günki gün münasibətilə təbrik edəcək.
Maxata dağında, hərbi xidmətçilərinin şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə, yeni layihənin təqdimatı keçiriləcək. Yeni binaların tikintisinin təməlini Levan İzoriya və baş nazir Mamuka Baxtadze qoyacaqlar.
Əsas tədbir Vazianidə olacaq. Rəsmi hissənin sonunda mükafatlandırma mərasimi keçiriləcək. Qonaqlar sərgilənmiş texnikanı gözdən keçirə biləcəklər.