Gürcüstan Müdafiə Qüvvələrinin reqbi komandası Dubay Beynəlxalq Çempionatında üçüncü yeri tutub
Gürcüstan Müdafiə Qüvvələrinin reqbi komandası Dubay Beynəlxalq Çempionatında üçüncü yeri tutub

Gürcüstan Müdafiə Qüvvələrinin reqbi komandası Dubay Beynəlxalq Çempionatında uğurla çıxış edərək üçüncü yer mükafatına layiq görülüb.

Müdafiə nazirinin müavini Qriqol Qiorqadze reqbiçilərlə görüşüb və onları uğurlarına görə təbrik edib. O, beynəlxalq turnirdə ölkəmizi təmsil etdiklərinə görə komanda üzvlərinə təşəkkür edib və qurum adından onlara gələcəkdə də dəstək olacağına söz verib.

Gürcüstan Müdafiə Qüvvələrinin reqbi komandası 1/4 finalda Böyük Britaniya komandasına 14:12 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.

Noyabrın 29-dan dekabrın 4-dək “Dubai Sevens” Dubay beynəlxalq turniri keçirilib. Turnirdə müxtəlif ölkələrdən 32 komanda iştirak edib.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.