Gürcüstan millisi Tiranaya uçdu #1TVSPORT
Gürcüstan millisi Tiranaya uçdu #1TVSPORT

Bu gün səhər saatlarında Tbilisi Beynəlxalq Hava Limanından yola düşən Gürcüstan millisi Millətlər Liqasının ikinci turunu Albaniya millisi ilə keçirəcəkləri Tiranaya uçub.

“Səlibçilər” Millətlər Liqasına inamlı qələbə ilə başladılar. Tbilisidə Çexiya millisi ilə qarşılaşan Villi Sanolinin yetirmələri 4:1 hesabı ilə qalib gəlib.

Gürcüstan millisi Millətlər Liqasının ikinci turunu sentyabrın 10-da Tiranada Albaniya millisi ilə keçirəcək. Görüş Tbilisi vaxtı ilə saat 22:45-də başlayacaq. Oyunun televiziya reportajını Gürcüstanın birinci kanalı təqdim edəcək.