Gürcüstan Milli Qvardiyasına ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının komandanı qonaq oldu
Gürcüstan Milli Qvardiyasına ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının komandanı qonaq oldu

ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının komandanı Gürcüstanda səfərdədir.

Səfər çərçivəsində general-mayor Tomas Karden Milli Qvardiyada oldu. Amerikalı generalı Milli Qvardiyanın rəhbəri, briqada generalı Roman Coxadze qəbul etdi.

Görüşdə tərəflər ehtiyat səfərbərlik və rekrutluqla bağlı planlaşdırılan dəyişiklikləri və gələcək əməkdaşlıq planlarını müzakirə etdilər.

Gürcüstan Milli Qvardiyası ABŞ-ın Corciya ştatının Milli Qvardiyası ilə 1993-cü ildən əməkdaşlıq edir. Əməkdaşlıq peşəkar bilik və təcrübə mübadiləsi məqsədini daşıyır.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.