Gürcüstan Madrid Fusión 2024 qastronomiya konqresində qonaq statusu ilə iştirak edəcək
Gürcüstan Madrid Fusión 2024 qastronomiya konqresində qonaq statusu ilə iştirak edəcək

 
Yanvarın 29-31-də Gürcüstan Madrid şəhərində dünyanın ən nüfuzlu qastronomiya konqresi Madrid Fusión 2024-də təmsil olunacaq-bu barədə məlumatı Milli Turizm Administrasiyası yayır.

Verilmiş məlumatda, Gürcüstanın tədbirdə qonaq statusu ilə iştirak edəcəyi deyilir.

“Beynəlxalq konqresdə Gürcüstanın Milli Turizm Administrasiyasının stendində qonaqlar və kulinariya sahəsinin nümayəndələri gürcü mətbəxi, şərabı və turizm məhsulları ilə tanış olmaq imkanı əldə edəcəklər. Gürcüstan stendinə “Show Kitchen” inteqrasiya olunacaq.

Qonaq statusu çərçivəsində Gürcüstanın Milli Turizm Administrasiyasına əlavə tematik səhnələr ayrılacaq, əsas səhnədə gürcü yeməklərinin masterklasları və üç növ şərabın dequstasiyası keçiriləcək.

Üç gün ərzində gürcü mətbəxi qastronomiya mütəxəssislərinin diqqət mərkəzində olacaq. Madrid Fusión 2024-də iştirak etməklə bütün dünyadan insanlar Gürcüstanın qastronomiya sahəsi ilə tanış olacaqlar.

Madrid Fusión 2024 beynəlxalq qastronomiya konqresində İspaniya, İsveçrə, Norveç, Danimarka, Fransa, Belçika, İtaliya, ABŞ, Argentina, Kolumbiya, Koreya, Filippin, Çili və digər ölkələr təmsil olunacaq”- Milli Turizm Administrasiyasının məlumatında qeyd olunur.