Gürcüstan-Lüksemburq oyunu ilə əlaqədar Birinci Respublika meydanında avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Gürcüstan-Lüksemburq oyunu ilə əlaqədar Birinci Respublika meydanında avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

 
Gürcüstan – Lüksemburq oyunu ilə əlaqədar martın 21-i saat 01:00-dan martın 22-i saat 07:00-dək Birinci Respublika meydanında avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Tbilisi Meriyası məlumat yayır.

“Gürcüstanın Futbol Federasiyasının planlaşdırdığı tədbirlə əlaqədar olaraq, Birinci Respublika meydanında nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Məhdudiyyət martın 21-i saat 01:00-dan martın 22-i saat 07:00-dək Rustaveli prospekti ilə Birinci Respublika meydanının kəsişməsindən Birinci Respublika meydanı ilə Merab Kostava küçəsinin kəsişməsinə qədər qüvvədə olacaq.

Qeyd olunan müddətdə Rustaveli prospektindən Kostava küçəsinə doğru hərəkət edən avtomobillər yalnız Mixeil Cavaxişvili və Merab Kostava küçələri istiqamətində hərəkət edə biləcəklər. Cavaxişvili küçəsindən hərəkət edən avtomobillər Tbilisinin Dövlət Konsert Zalı istiqamətində, Kostava küçəsindən isə yalnız Rustaveli prospekti və Azadlıq meydanı istiqamətində hərəkət edə biləcəklər.

İctimai nəqliyyata gəlincə, 359 nömrəli avtobus Vake istiqamətində hərəkət edərkən Cavaxişvili küçəsindən Kostava küçəsi istiqamətində, sonra isə müəyyən olunmuş qrafik üzrə hərəkət edəcək. 457 nömrəli mikroavtobus Besiki küçəsi istiqamətində hərəkət edərkən Cavaxişvili küçəsindən Revaz Tabukaşvili küçəsi istiqamətində hərəkət edəcək, Revaz Lağidze küçəsi ilə Rustaveli prospektinə qoşulacaq və sonra müəyyən olunmuş qrafik üzrə hərəkət edəcək”- məlumatda qeyd olunub.