Gürcüstan - Lüksemburq matçını Respublika meydanında böyük ekranda izləmək mümkün olacaq, bu səbəbdən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Gürcüstan - Lüksemburq matçını Respublika meydanında böyük ekranda izləmək mümkün olacaq, bu səbəbdən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

 
Martın 21-də Gürcüstan-Lüksemburq matçını Respublika meydanında azarkeşlər böyük ekran vasitəsilə izləyə biləcəklər.

Eyni zamanda ərazidə uşaqlar üçün müxtəlif guşələr təşkil olunacaq, iaşə obyektləri yerləşdiriləcək.

Gürcüstan – Lüksemburq matçı ilə əlaqədar martın 22-si saat 07:00-dək Birinci Respublika meydanında nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Məhdudiyyət Rustaveli prospekti ilə Birinci Respublika meydanının kəsişməsindən Birinci Respublika meydanı ilə Merab Kostava küçəsinin kəsişməsinə qədər olan yol hissəsində tətbiq olunacaq.

Qeyd olunan müddət ərzində Rustaveli prospektindən Kostava küçəsi istiqamətində hərəkət edən avtomobillər yalnız Mixeil Cavaxişvili və Merab Kostava küçələri istiqamətində hərəkət edə biləcəklər. Cavaxişvili küçəsindən hərəkət edən avtomobillər Tbilisi Dövlət Konsert Zalı istiqamətində, Kostava küçəsindən isə yalnız Rustaveli prospekti və Azadlıq meydanı istiqamətində hərəkət edə biləcəklər.

İctimai nəqliyyata gəlincə, meriyada izah edildiyi kimi, 359 nömrəli avtobus Vake istiqamətində hərəkət edərkən Cavaxişvili küçəsindən Kostava küçəsinə, sonra isə müəyyən edilmiş qrafik üzrə hərəkət edəcək. N457 mikroavtobus Besiki küçəsi istiqamətində hərəkət edərkən Cavaxişvili küçəsindən Revaz Tabukaşvili küçəsi istiqamətində hərəkət edəcək, Revaz Lağidze küçəsi ilə Rustaveli prospektinə qoşulacaq və daha sonra müəyyən edilmiş qrafik üzrə hərəkətə davam edəcək.

Bu gün saat 21:00-da “Dinamo Arena”da Gürcüstan – Lüksemburq yarımfinal matçı keçiriləcək. Birinci Kanal görüşün canlı reportajını təqdim edəcək.