Gürcüstan kiçik ölçülü həbsxana modelinə keçir, 500 nəfərlik həbsxanaların tikilməsi planlaşdırılır
Penitensiar sistem kiçik ölçülü həbsxana modelinə keçir, – bu haqda Parlament komitəsinin birləşmiş iclasında Penitensiar müəssisələrin nazirliyi və probasiya nazirliyə namizəd Kaxa Kaxişvili bəyan etdi.
Onun dediyinə əsasən, kiçil ölçülü həbsxanaları idarə etmək daha asandır.
Kaxa Kaxişvilinin dediyi kimi, yeni həbsxanalarda 500 benefisiar yerləşdiriləcək.
“Qərar verdik ki, kiçik ölçülü həbsxana modelinə keçək. Layihə hazırlanıb və hazırdır. bu tərz həbsxanaları idarə etmək daha asan olacaq. Təxminən eyni layihə ilə 500 nəfərlik həbsxanaların tikintisinə başlayacağıq”, -nazirliyə namizəd bildirdi.
Onun qiymətləndirilməsi ilə bir məsələ önəmlidir ki, dövlət, penitensiar müəssisəyə bir neçə illik düşmüş şəxsə nə təklif edəcək ki, həmin şəxs kriminal submədəniyyətlə maraqlamasın və qeyd olunmuş mədəniyyətin nümayəndələri ona təsir göstərməsinlər.
“Bu, azadlıq veriləcək benefitlərdir. Buna görə də biz tezliklə qanunvericilik paketini təqdim edəcəyik və ona əsasən, bir yandan biznes marağına imkan verəcəyik ki, penitensiar müəssisədə iş yerləri yaratsın, digər yandan isə, məhkuma imkan verəcəyik ki, işə qoşulsun və müvafiq olaraq həbs günləri azalsın”, – Kaxa Kaxişvili bildirdi.
Onun izahatına əsasə, qeyd olunmuş yenilik effektli addım olacaq və oxşar fəaliyyətə bir çox məhkum qoşulacaq.