Gürcüstan Xarici İşlər Nazirliyi Türkiyədə baş vermiş zəlzələ səbəbilə səfirlik və baş konsulluqların qaynar xətt nömrələrini yayır
Gürcüstan Xarici İşlər Nazirliyi Türkiyədə baş vermiş zəlzələ səbəbilə ölkənin səfirlik və baş konsulluqlarının qaynar xətt nömrələrini yayır.
“Türkiyə Respublikasında baş verən zəlzələ səbəbilə Gürcüstanın Türkiyədəki Səfirliyi və İstanbul və Trabzondakı baş konsulluqlarında qaynar xətt fəaliyyətə başlayıb.
Türkiyədəki Gürcüstan vətəndaşlarının ehtiyac olması halında əlaqə saxlamaq imkanı var:
Gürcüstanın Ankaradakı səfirliyi +905336903040; +905392208280; İstanbul Baş Konsulluğu +905418184400; Trabzon Baş Konsulluğu +905413262226.
Gürcüstanın Xarici İşlər Nazirliyi və Gürcüstanın diplomatik nümayəndəlikləri bir daha baş vermiş hadisə ilə bağlı dərin məyusluğunu ifadə edir və Türkiyə hökuməti və əhalisi ilə həmrəylik ifadə edirlər”-deyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Son məlumatlara əsasən Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 284 nəfər həlak olub, 2323 nəfər xəsarət alıb. Təbii fəlakət ölkənin cənub-şərqində yerləşən ondan çox şəhərə ziyan vurub. Hadisə yerinə xilasedicilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ordu səfərbər olunub.