Gürcüstan Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərdə Rusiya Federasiyasının prezident seçkilərinin keçirilməsini qınayır
Gürcüstan Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərdə Rusiya Federasiyasının prezident seçkilərinin keçirilməsini qınayır, burada da 33 seçki məntəqəsi açılıb, – bu barədə nazirlik tərəfindən yayılan bəyanatda deyilir.
Xarici İşlər Nazirliyinin məlumatına görə, qeyd olunanlar Gürcüstanın Abxaziya və Sxinvali bölgələrinin işğalının parlaq nümunəsidir.
“Bənzər hərəkətlər BMT-nin nizamnaməsini, Heksinkin yekun aktını tamamilə imkar edir və suverenitet, ərazi bütövlüyü – beynəlxalq fundamental normalarını kobudcasına pozur”, – bəyanatda deyilir.
Gürcüstan Xarici İşlər Nazirliyi beynəlxalq həmdəstluğuna müraciət edir ki, Rusiyanın Gürcüstanın işğal olunmuş ərazilərində qeyri qanuni hərəkətlərini, müvafiq olaraq dəyərləndirsin.