Gürcüstan XİN Afinada keçirilən sammitin Avropa İttifaqının tədbiri və əsas məsələnin genişlənmə mövzusu olmadığını bildirir
Gürcüstan XİN Afinada keçirilən sammitin Avropa İttifaqının tədbiri və əsas məsələnin genişlənmə mövzusu olmadığını bildirir

Ukrayna və Moldovanın dəvət olunduğu Afinada keçirilən sammit müharibə mövzusuna həsr olunub və tədbirin əsas mövzusu genişlənmə məsələsi olmayıb-bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən açıqlanıb.

Avropaya inteqrasiya departamentinin direktoru Arçil Karaulaşvilinin izah etdiyi kimi, Afinada keçirilən sammit qeyri-rəsmi olub və Avropa İttifaqının tədbiri olmayıb.

“Avqustun 21-də Afinada məşhur Saloniki Sammitinin 20-ci ildönümünə həsr olunmuş qeyri-rəsmi sammit keçirilib. Bu halda bu, Avropa İttifaqının deyil, yunan tərəfinin tədbiri idi. Avropa İttifaqının nümayəndələri özləri də bu tədbirdə qonaq qismində iştirak ediblər.

Tədbirin əsas mövzusu genişlənmə deyil, Ukraynadakı müharibə olub. Ona görə də Ukrayna və Moldovanı dəvət ediblər. Moldova bu müharibədən ən çox zərər çəkən ölkələrdən biri hesab olunur. Ümumiyyətlə, demək lazımdır ki, Ukrayna və Moldovanı müharibəyə həsr olunmuş tədbirlərə çox tez-tez dəvət edirlər” -deyə Karaulaşvili bildirib.