Gürcüstan ilbizlərin Aİ bazarına ixracına icazə verilən ölkələrin siyahısına əlavə edilib
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Avropa Komissiyasının 22 dekabr 2021-ci il tarixli 2022/34 saylı tənzimləməsinə əsasən, Gürcüstan ilbizlərin Aİ bazarına ixracına icazə verilən ölkələrin siyahısına əlavə edilib.
“Bu reqlamentin qəbulundan əvvəl Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi və Milli Ərzaq Agentliyi tərəfindən Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində hazırlanmış Aİ qanunvericiliyinə yaxınlaşmaq üçün görülən tədbirlər həyata keçirilib.
Qeyd edək ki, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin, Kəndin İnkişafı Agentliyi tərəfindən Gürcüstanda ilbiz istehsalının inkişafına dəstək verən bir sıra layihələr həyata keçirilib. Güzəştli aqrokredit layihəsi çərçivəsində ilbiz istehsalının yaradılması və inkişafı üçün ümumilikdə 10 milyon laridən artıq 38 kredit verilib və Kəndin İnkişaf Agentliyi tərəfindən verilən birgə maliyyələşdirmə 824 min laridən dən çox olub” – deyə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Bundan əlavə, Gürcüstandan Aİ bazarına gürcü balının (2016-cı ildən), ev heyvanları üçün yemin (it, pişik) (2020-ci ildən) və bəzi kateqoriyalar üzrə qeyri-ərzaq məhsullarının (dəri, yun) ixracına icazə verilir. Agentlikdən qeyd edirlər ki, 2021-ci ildə 173 ton bal müxtəlif bazarlara, o cümlədən 143 ton Avropa ölkələrinə ixrac edilib. İxrac edilən balın dəyəri ümumilikdə 657 min ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac dəyərinin artımı 436 faiz, həcmi isə 696 faiz təşkil edib.