Gürcüstan iqtidarının məlumatına görə, keçən il ilə müqayisədə, cari ilin ilk dörd ayında ölkədə cinayətlər əhəmiyyətli dərəcədə azalıb
Gürcüstan iqtidarının məlumatına görə, keçən il ilə müqayisədə, cari ilin ilk dörd ayında ölkədə cinayətlər əhəmiyyətli dərəcədə (-16,3%) azalıb.
İcraçı iqtidar parlamentə təqdim etdiyi sənəddə qeyd edir ki, soyğunçuluq (-23,9%), oğurluq (-19%) sairə cinayətlər əhəmiyyətli dərəcədə azalıb.
Həmçinin, xuliqanlıq (-19%), odlu silah gəzdirmək (- 28,4%) və narkotik cinayətləri (-36,6%) əhəmiyyətli dərəcədə azalıb.