Gürcüstan iqtidarı və Dünya Bankı arasında "Covid-19" pandemiyası ilə mübarizə üçün 80 milyon ABŞ dollarının ayrılması barədə razılaşma imzalandı
Gürcüstan iqtidarı və Dünya Bankı arasında “Covid-19” pandemiyası ilə mübarizə üçün Gürcüstana 80 milyon ABŞ dollarının ayrılması barədə razılaşma imzalandı.
Sənədi onlayn rejimdə Gürcüstanın Maliyyə Naziri İvane Maçavariani, və Cənubi Qafqazda Dünya Bankının regional direktoru Sebastian Molineus imzaladılar.
Bu haqda məlumatı Maliyyə Nazirliyi yayır.
Nazirliyin məlumatına görə, Dünya Bankı tərəfindən ayrılan yardım paketi səhiyyə sahəsinə və covid-19-un mənfi nəticələrinin yumuşaldılması üçün xərclənəcək.
Layihə həmçinin, koronavirus nəticəsində zərər görən ailələr üçün sosiyal yardımı da nəzərdə tutur.