Gürcüstan iqtidarı xüsusi əhəmiyyəti olan obyektlərin siyahısını hazırladı
Gürcüstan iqtidarının qərarı ilə, xüsusi əhəmiyyəti olan obyetklərin siyahısı təsdiqləndi.
Qətnamədə deyilir ki, özəl və dövlət əməkdaşlığı haqqında” qanunun 17-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq, xüsusi əhəmiyyət daşıyan obyeklərin siyahısı hazırlandı.
Qeyd olunan siyahı belədir:
- Beynəlxalq xidmət və onunla bağlı obyektlər.
- Gürcüstanın tele-radio mərkəzinin rəqəmli televiziya yayımçılığı şəbəkəsinin infrastrukturu, onların arasında, televiziya telekomunikasiya antenləri.
- Dəmir yolu və metropoliten.
- Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulan penitensiar müəssisələr, penitensiar zonaların kənarında qadağan edilən xəttlər, Gürcüstanın Ədliyyə Nazirliyinin nəzdində olan orqanların və Probasiya bürolarının administrativ binaları.
- Gürcüstan poçtunun infrastrukturu: servis mərkəzləri, əmanətlərin işlənmə mərkəzləri.
- Yer kürəsini öyrənən elmlər institutunun yeraltı geofizika laboratoriyası.