Gürcüstan iqtidarı “Amazonla” razılaşma qoyur.
Hökümət qərarına əsasən, razılaşma sənədini İqtisadiyyat Naziri Giorgi Kobulia imzalayacaq.
“Amazon.com, Inc.”-lə “Komersiyal sirlərin yayılmaması haqqında” razılaşma imzalanacaq.
Amerikan şirkətinin rəhbəri ilə sentyabr ayında Gürcüstanın baş naziri Mamuka Baxtadze görüşmüşdü.
Görüş zamanı söhbət rəqəmli texnologiyaların inkişaf sahəsində Gürcüstanın potensialına və rəqəmli İpək Yolu inkişafının perspektivinə toxundu.
Amazon.com dünyanın ən böyük internet-mağazasıdır.
Şirkətin baş ofisi Sietldə yerləşir.