Gürcüstan hökumətinin qərarına əsasən, Tbilisi Meriyası mayın 9-da İkinci Dünya müharibəsi veteranlarına 1000 lari, müharibədə həlak olanların ailə üzvlərinə isə 500 lari verib
Faşizm üzərində qələbə münasibəti ilə Gürcüstan hökumətinin qərarına əsasən İkinci Dünya Müharibəsi veteranlarına 1000 lari, bu müharibədə həlak olanların ailə üzvlərinə isə 500 lari verilib.
Tbilisi Meriyasının Səhiyyə və Sosial Xidmət İdarəsi “Müharibə veteranlarına yardım” proqramı çərçivəsində müvafiq məbləği Tbilisidə qeydiyyatda olan 86 nəfərə köçürüb.
Məhz, 47 nəfər İkinci Dünya müharibəsi veteranı 1000 lari, bu müharibədə həlak olan 39 nəfərin ailə üzvünə isə 500 lari verilib. Tbilisi Meriyası Veteranların İşləri üzrə Dövlət Xidmətinin təqdim etdiyi məlumat bazası əsasında pulu benefisiarların şəxsi bank hesabına köçürüb.
Məlumatı paytaxt meriyası yayır.