Gürcüstan hökuməti üzüm yığımı üçün 150 milyon lari subsidiya ödənişi həyata keçirəcək
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili , hökumətin 2022-ci ildə üzüm yığımı üçün subsidiya ödənişi həyata keçirəcəyini bildirib. O , subsidiyanın hökumətə 150 milyon lariyə başa gələcəyini bildirib.
Bununla yanaşı, Ğaribaşvili , bir kiloqram ağ üzümün qiymətinin ən azı 90 tetri olacağını əlavə edib.
“Çox yaxında üzüm yığımına başlanacaq. Bildiyiniz üzrə, üzümçülük-şərabçılıq ölkənin strateji sahəsidir və hökumətimiz hakimiyyətə gələndən üzümçülük-şərabçılığı əsas prioritetlərdən biri elan edib. Məhz bizim tərəfimizdən düzgün, effektiv və nəzərəçarpacaq addımların atılması çox mühüm nəticə verdi. Xatırladığınız üzrə, 2012-ci ilə qədər üzümçülük və şərabçılıq üçün nəinki təşviq edici tədbirlər həyata keçirilir, hətta hökumət birbaşa müdaxilə edərək üzümçülərimizdən üzüm bağlarını kəsməyi, üzümləri təhvil verməməyi xahiş edirdi. Vəziyyət o həddə çatdırılmışdı ki, praktiki olaraq üzümün təhvil verilməsi mənasını itirmişdi, proses və ümumilikdə vəziyyət o qədər mürəkkəbləşmişdi. Üzümçülüklə məşğul olan kəndçilər birbaşa təzyiq altında idilər. Bunun bir çox nümunələrini çox yaxşı xatırlayırıq. Bundan başqa, xatırlatmaq istərdim ki, üzümçülük və şərabçılıq sahəsində bir neçə onlarla, 30-a qədər şirkət fəaliyyət göstərirdi, bu il 300-dən çox şirkət var. Onların gəlirləri yüz milyonlarla dollar təşkil edir. Bu sahəyə 25 minə yaxın üzümçülüklə məşğul olan kəndçi qoşulub. Bu, onların ailələrini gücləndirmək deməkdir.
Bu il də təbii ki, subsidiya ödənişi etmək barədə qərar verdik. Bir kiloqram ağ üzümün qiyməti ən azı 90 tetri olacaq. Təhvil götürülməmiş bir kiloqram üzüm belə qalmayacaq və dövlət üzümçülüklə məşğul olan kəndçiyə maksimum dəstək verəcək. Prosesə 300-ə yaxın şərab şirkəti cəlb olunacaq. Onlarla ünsiyyətdə olduq, yaxşı görüşlərimiz oldu. Üzüm yığımı üzrə koordinasiya qərargahı yaradılıb və artıq fəaliyyət göstərir.
Bu il rekord həcmdə , təxminən 300 min tona yaxın məhsul gözləyirik. Bu, rekord göstəricidir və bütün çətinlikləri, bütün bu amilləri nəzərə alsaq, subsidiya bu il də davam edəcək. Ümumilikdə subsidiya hökumətə 150 milyon lariyə başa gələcək, çünki bu, strateji sektordur və ölkəmiz şərabçılığın beşiyidir. Ümumiyyətlə, şərabçılığın bizdən başladığı hesab edilir və təsdiqlənib. Dövlət tərəfindən düzgün müdaxilə və şərabçılarımıza kömək etmək lazımdır. Otar Şamuqia bizim üzümçülüklə məşğul olan insanlarımıza və şərabçılara ətraflı məlumat verəcək və builki üzüm yığımı 2022 ideal şəkildə keçirilməlidir”- deyə İrakli Ğaribaşvili bildirib.