Gürcüstan hökuməti Türkiyəyə humanitar yardım göndərib.
Gürcüstanın Baş nazirinin qərarına əsasən, Türkiyə Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardımın göstərilməsi məqsədilə hökumətin ehtiyat fondundan bir milyon lari ayrılıb.
İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi tərəfindən humanitar yardımın səfərbər edilməsi təmin edilib.
Nazirlikdən verilən məlumatda 100 tondan çox humanitar yükün ilkin tibbi yardım vasitələrini, medikamentləri, tibbi avadanlıqları, uşaq qidaları, təxirəsalınmaz yardım əməkdaşları üçün əşyalar, geyim forması, isti paltarlar, çadırlar, generatorlar, yataq çantaları, quru qida, konservlər və digər əşyaları əhatə etdiyi deyilir. Yüklərin bir hissəsi Müdafiə Nazirliyi və Səhiyyə Nazirliyinin ehtiyatlarından səfərbər edilib.