Gürcüstan hökuməti xilasetmə tədbirlərinə qoşulmaq üçün Türkiyəyə müvafiq texnika və xilasedicilər göndərəcək
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin qərarına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Gürcüstan hökuməti yaxın bir neçə saat ərzində xilasetmə tədbirlərində iştirak etmək üçün müvafiq texnika və xilasediciləri göndərəcək. Bu barədə Hökumət Administrasiyasının Mətbuat Xidməti məlumat yayır.
Verilmiş məlumatda Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşlarının Türkiyədə baş vermiş zəlzələnin nəticələri ilə mübarizəyə cəlb olunacağı deyilir.
Bu gün səhər saatlarında Türkiyədə güclü zəlzələ baş verib. Son məlumatlara əsasən ölkənin 10 əyalətində 284 nəfər həlak olub, 2323 nəfər yaralanıb. ABŞ-ın Geoloji Xidməti təbii fəlakətin 7,8 bal gücündə olmasına dair məlumat yayır.