Gürcüstan hökuməti qiymətin yuxarı həddi müəyyən edilmiş medikamentlərin siyahısını dərc edir
Farmasevtik şirkətlər müəyyən edilmiş qiymətdən baha dərmanları artıq 15 fevraldan sata bilməyəcəklər.
Hökumətin “feysbuk” səhifəsində qeyd edildiyi kimi, ilk mərhələdə 1300-dən çox xroniki və onkoloji dərman vasitəsinə referent qiyməti müəyyən edildi. Mərhələ şəklində isə, başqa medikamentlərə müəyyən ediləcək.
Medikamentlər üçün müəyyən edilmiş referent qiyməti orijinal və onun analoq generikləri üçün fərqlidir ki, bu da beynəlxalq brendlərin bazara marağını sığorta edəcək.
Topdan və pərakəndə satış səviyyəsində maksimum marjinal qiymətlər müəyyən edildi
Dəyişikliklər, əhali üçün medikamentlərə əlçatarlığın artırılması məqsədini güdür.
Medikamentlərin siyahısına burada baxın.