Gürcüstan hökuməti dezinformasiya ilə mübarizə istiqamətində səylərin gücləndirilməsini də nəzərdə tutan 2024-2027-ci illər üçün kommunikasiya strategiyasını təsdiqləyib
Gürcüstan hökuməti dezinformasiya ilə mübarizə istiqamətində səylərin gücləndirilməsini də nəzərdə tutan 2024-2027-ci illər üçün kommunikasiya strategiyasını təsdiqləyib

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib. Nazirlər Kabinetinin üzvləri gündəlikdə nəzərdə tutulan 13 məsələni müzakirə ediblər.

Gürcüstan hökumətinin məlumatına əsasən, iclasda sərəncam layihəsi – Gürcüstan hökumətinin 2024-2027-ci illər üçün kommunikasiya strategiyası təsdiq edilib.

Verilmiş məlumata əsasən, Gürcüstan hökuməti tərəfindən hazırlanmış sənədin məqsədi hökumətlə ictimaiyyət arasında fəal, ardıcıl və əlaqələndirilmiş kommunikasiya sisteminin vahid baxışının işlənib hazırlanmasına xidmət edir, bu da bir tərəfdən ölkə əhalisinin məlumatlılığının artırılmasına kömək edəcək, digər tərəfdən Gürcüstan hökumətinin uzunmüddətli kommunikasiya məqsədlərinə uyğunlaşdırılacaq.

“Kommunikasiya strategiyası hökumət tərəfindən 2023-cü ildə təsdiq edilmiş milli siyasət sənədinə – “Baxış 2030 Gürcüstanın İnkişaf Strategiyası”na əsaslanır və ölkənin inkişafının uzunmüddətli baxışına, strateji prioritetlərə, məqsəd və vəzifələrə tam uyğundur.

Strategiyanın prioritet istiqamətlərindən biri dezinformasiyaya və yalan xəbərlərə qarşı mübarizə, dezinformasiyaya qarşı mübarizə istiqamətində səylərin gücləndirilməsi, eyni zamanda, dövlət qurumlarının strateji kommunikasiya bölmələrinin imkanlarının inkişaf etdirilməsidir.

Sənədin hazırlanması prosesində Gürcüstanın hökumət qurumlarının strateji kommunikasiya bölmələrinin nümayəndələri, eləcə də beynəlxalq və yerli ekspertlər, Milli Təhlükəsizlik Şurasının, NATO-nun və Aİ İnformasiya Mərkəzinin strateji kommunikasiyalarının nümayəndələri iştirak ediblər.

Strategiyanın məqsədləri üçün ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən proqram (“Daha yaxşı gələcək üçün strateji kommunikasiyalar”) çərçivəsində Gürcüstanın hökumət qurumlarının strateji kommunikasiyalarının sistemli tədqiqatı aparılıb, nəticədə bir tərəfdən bu istiqamətdə mövcud çağırışlar, digər tərəfdən isə strateji kommunikasiyaların inkişafı imkanları müəyyən edilib”-deyə Gürcüstan hökumətinin yaydığı məlumatda deyilir.