Gürcüstan hökuməti Avropa Komissiyası tərəfindən Gürcüstana təqdim edilmiş anketin ikinci hissəsini ictimailəşdirir
Baş nazir İrakli Ğaribaşvilinin qərarıyla, Gürcüstan hökuməti, ölkəyə Aİ-nin namizəd ölkəsi statusu verilməsi üçün, Avropa Komissiyasının rəy hazırlaması məqsədilə təqdim edilmiş anketin ikinci sektoral/qanunvericilik hissəsini dərc edir.
Bu qərarı baş nazir İrakli Ğaribaşvilinin sədrliyi ilə bu gün hökumət administrasiyasında keçirilən Gürcüstanın Aİ-yə İnteqrasiya üzrə Hökumət Komissiyasının iclasında qəbul ediblər. Anketin ikinci hissəsi iri həcmlidir, 33 fəsil və 2300-ə qədər sualı əhatə edir, sektoral mövzular və sektorlar üzrə Aİ-nin qanunvericiliyinə uyğunluqla bağlıdır.
Gürcüstan anketin siyasi və iqtisadi hissələri əhatə edən birinci hissəsi üzərində işi başa çatdırıb və bazar ertəsi günü, mayın 2-də Aİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Karl Hartselə təhvil veriləcək.
Anketin ikinci hissəsinin təqdim edilmə müddəti olaraq 13 may təyin edilib, lakin Gürcüstan hökuməti anketi Aİ-yə təyin olunmuş vaxtdan əvvəl, mümkün qədər tez təqdim etmək istəyir.
Məlumatı Baş nazirin Mətbuat Xidməti yayır.