Gürcüstan hökuməti Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı dünən keçirilən təntənəli tədbirin fotomaterialını dərc edir
Gürcüstan hökuməti Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı dünən keçirilən təntənəli tədbirin fotomaterialını dərc edir

Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi ilə əlaqədar Azadlıq meydanında təntənəli tədbir keçirilib.

Tədbirdə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili, parlamentin sədri Şalva Papuaşvili, “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze və Paytaxt şəhərin meri Kaxa Kaladze çıxış ediblər.

“Biz çox mübarizə apardıq, çox çalışdıq və birlikdə qalib gəldik, biz – hökumət və xalq Avropa İttifaqına namizəd statusunu layiqincə qazandıq”, – Ğaribaşvili bildirib.

Hökumət başçısının sözlərinə görə, bu yol asan olmayıb və qeyd olunan nəticəyə nail olmaq üçün bir çox çətinliklərdən keçilib.