Gürcüstan hökuməti - 2024-cü ilin ikinci rübündə işsizlik səviyyəsi tarixi minimuma gədər azalıb
Gürcüstan hökuməti - 2024-cü ilin ikinci rübündə işsizlik səviyyəsi tarixi minimuma gədər azalıb

2024-cü ilin ikinci rübündə işsizliyin səviyyəsi tarixi minimuma gədər enib, – bu barədə Gürcüstan hökumətinin səyifəsində yayılan məlumatda deyilib.

Gürcüstan hökumətinin məlumatına görə, əvvəlki ilin ikinci rübü ilə müqayisədə işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə – 3,1 faiz bəndi azalaraq 13,7 faiz təşkil edib.

“Kirayə ilə işlə təmin edilənlərin sayı 19,1 min nəfər artaraq 935,8 min nəfər, özünü işlə təmin edənşəxslərin sayı isə 41,3 min nəfər artaraq 451,5 min nəfər təşkil edib”, – Gürcüstan hökuməti tərəfindən yayılan məlumatda qeyd edilib.