Gürcüstan Hava Limanları İttifaqı - 2023-cü ildə Kutaisi Beynəlxalq Hava Limanı rekord sayda 1,671,016 sərnişinə xidmət göstərib
2023-cü il Kutaisi Beynəlxalq Hava Limanı üçün tarixi il olub-bu barədə Gürcüstan Hava Limanları İttifaqı məlumat yayır.
Qurum tərəfindən verilmiş məlumata əsasən, ötən il Davit Ağmaşenebeli adına hava limanının sərnişin axını 2022-ci illə müqayisədə 103% artıb və hava limanı 1 671 017 sərnişinə (2022-ci il 822 486 sərnişin) xidmət göstərib.
“2023-cü il Kutaisi Hava Limanı üçün uçuşların sayına görə də rekord il olub. Kutaisi Beynəlxalq Hava Limanı 2023-cü ilin yanvar-dekabr aylarında 5040 reysə xidmət edib, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 57% çoxdur. (2022-ci ilin yanvar-dekabr ayları 3 220 reys).
2023-cü ilin dekabr ayının göstəricilərinə gəlincə, Kutaisi Beynəlxalq Hava Limanı bu müddət ərzində 157 092 sərnişinə xidmət göstərib. Bu, 2022-ci ilin dekabr ayı ilə müqayisədə 85% çoxdur. (2022-ci ilin 85 008 sərnişin).
2023-cü ilin dekabr ayında Kutaisi Beynəlxalq Hava Limanı 538 reys qəbul edib və yerinə yetirib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 76% çoxdur. (2022-ci ilin dekabrı – 306 reys).
2023-cü ilin dekabrın 16-dan Kutaisi Beynəlxalq Hava Limanına “Wizz Air”in dördüncü bazalaşdırılmış təyyarəsi və Kopenhagen istiqaməti əlavə edilib. Dekabrın 19-dan isə “Pegasus Airlines” hava limanında fəaliyyətə başlayıb və həftədə üç dəfə İstanbul-Kutaisi-İstanbul istiqamətində uçuşlar həyata keçirir” – Hava Limanları İttifaqının məlumatında qeyd olunur.
Gürcüstan Hava Limanları İttifaqının məlumatına əsasən, bu mərhələdə Kutaisi Beynəlxalq Hava Limanından beş aviaşirkət fəaliyyət göstərir. 20 ölkənin 39 istiqamətinə uçuşlar həyata keçirilir.