"Gürcüstan Hava Limanları Birliyi" və "Rainears" arasında bugün müqavilə imzalanacaq
"Gürcüstan Hava Limanları Birliyi" və "Rainears" arasında bugün müqavilə imzalanacaq

Gürcü tərəfi və İrlandiyanın az büdcəli avia-şirkəti “Rainears” arasında bugün əməkdaşlıq haqqında müqavilə imzalanacaq.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, sənəd saat 14:00-da imzalanacaq.

Əməkdaşlıq müqaviləsini İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Gürcüstan Hava Limanları Birliyinin” direktoru Giorgi Çoqovadze və “Rainearın” (Ryanair) komersiyal direktoru Devid O’Braien imzalayacaqlar.

Tədbirdə İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava da iştirak edəcək.

Dünyanın ən iri və ən məşhur az büdcəli avia-şirkəti, Gürcüstandan Avropa istiqamətinə avia-reysləri Kutaisi və Tbilisi hava limanlarından həyata keçirəcək.