Gürcüstan Qırmızı Xaç qrupları fövqəladə hallar xidmətlərinə və fəlakət qurbanlarına dəstək olmaq üçün səfərbər edilib
Gürcüstan Qırmızı Xaç qrupları fövqəladə hallar xidmətlərinə və fəlakət qurbanlarına dəstək olmaq üçün səfərbər edilib

Gürcüstan Qırmızı Xaç qrupları fövqəladə hallar xidmətlərinə və fəlakət qurbanlarına dəstək olmaq üçün səfərbər edilib. Bu barədə Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının Avropa ofisinin bəyanatında deyilir.

“Gürcüstanın Şovi bölgəsində baş verən sürüşmə nəticəsində onlarla insan itkin düşüb, bir neçə nəfər ölüb. Yollar, körpülər dağılıb. Gürcüstan Qırmızı Xaç Cəmiyyətinin qrupları fövqəladə hallar xidmətlərinə və zərərçəkənlərə ilkin tibbi yardım, su və digər zəruri əşyalarla dəstək olmaq üçün səfərbər olunub”, – məlumatda deyilir.