Gürcüstan ərazisində fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə təyin olunmuş məhdudiyyət və icazələr
20:09, 24.03.2020
Gürcüstan hökumətinin sərəncamı əsasında, ölkənin bütün ərazisində fövqəladə vəziyyət çərçivəsində konkret məhdudiyyətlər təyin olunub.
Məhdudiyyətlər və icazələr ilə bağlı ətraflı məlumatı Baş nazirin Mətbuat Xidməti yayır.
Nəqliyyat ilə gediş-gəlişə məhdudiyyət qoyulur:
- Fövqəladə vəziyyətin başa çatmasınadək, hava, quru və dəniz yolu ilə gediş-gəliş dayandırılır. Zərurət yaranacağı halda çarter uçuşlarının həyata keçirilməsi planlaşdırılır. Səyahət qatarı ilə hərəkət qadağan Lakin yükdaşımalar fasilələr olmadan, maniəsiz həyata keçirilir.
- Şəhərlərarası marşrut taksiləri və avtobuslarla sərnişinlərin daşınmasına məhdudiyyət Sərnişinlərin daşınması məqsədi ilə daxili hava reysləri ləğv olunur. Gürcüstan hökuməti ilə razılaşma olduğu halda yalnız çarter reysləri həyata keçirilir.
- Özünüidarəetmə şəhər və munisipalitetin inzibati mərkəzinin sərhədlərində daxili gediş-gəliş – sərnişinlərin marşrut taksiləri və avtobusla daşınması dayandırılıb. Sözü gedən məhdudiyyət munisipalitet ərazisində inzibati mərkəz və kəndlər arasında sərnişinlərin daşınmasına şamil olunmur.
Təhsil müəssisələrində aprelin 21-dək tədris prosesi dayandırılıb:
- Müvafiq texniki resursa sahib olma halında , ümumtəhsil və ali təhsil məktəblərində uzaqdan tədris, yani distansion təhsil mümkündür.
- Tədris və elmi-tədqiqat müəssisələrində , administrasiyalar aprelin 21-dək əgər iş yerinə getmək olduqca vacib deyilsə distansion rejimdə işləməlidirlər.
- Bütün növ treninq, konfrans və seminarlara qadağa Oxşar tədbirlərə distansion rejimdə keçiriləcəyi halda icazə verilir.
- İmkan daxilində avtorizasiya və akreditasiya eləcə də, peşə hazırlığı və hazırlaşdırma qaydaları ilə tələb olunan inzibati icraatın distansion şəkildə aparılmasına icazə Bu hallarda , inzibati icraatın müddəti fövqəladə vəziyyətin başa çatmasınadək dayandırılmış hesab olunur.
Müxtəlif tədbirlərə qoyulan qadağalar:
- Qapalı, eləcə də açıq məkanlarda istənilən növ mədəni tədbirin keçirilməsinə qadağa qoyulub.
- Qapalı, eləcə də, açıq məkanlarda istənilən növ idman tədbirlərinin, o cümlədən təlim və məşqlərin keçirilməsinə qadağa
- Həm mədəni, həm də idman tədbirlərinin, eləcə də fəallıqların bir tək distansion formada keçirilməsinə icazə
Toplaşma, manifestasiya və bir araya gəlməyə qadağa qoyulur:
- İctimai məkanlarda 10 nəfərdən artıq insanın bir araya gəlməsi qadağan olunub. İctimai məkan, həm binada, həm də bayırdakı istənilən yeri nəzərdə tutur və özəl şəxsin yaşayış yerini nəzərdə
- 10 nəfərdən artıq insanın bir araya gəlməsini nəzərdə tutan bütün sosial tədbirlərə qadağa Nümunə üçün – yas mərasimləri, toy və sairə.
- 10 nəfərdən artıq insanın , fəaliyyətlərini davam etdirən özəl müəssisələrə toplaşmasına yol Onlar iş yerində iki metrlik sosial məsafə saxlamalı və Səhiyyə Nazirliyinin rekomendasiyalarına əməl etməlidirlər.
İqtisadi fəaliyyət qadağan olunur:
- Restoranlara, qida obyektlərinə, müəssisələrə xidmət edən məkanlara istifadəçilərin daxil olmasına icazə vermək qadağan Sözü gedən obyektlər bir tək çatdırılma və ya “ draiv” xidmət göstərə bilərlər.
- Klub, əyləncəvi – istirahət mərkəzlərinin, kino-teatrların, idman komplekslərinin, gözəllik salonlarının, gecə klublarının fəaliyyəti dayandırıldı.
- Azartlı və uduşlu oyun xidməti qadağan olunub. Qeyd edilənlərə yalnız elektron formada icazə verilir.
- Qida istehsal və emal edən obyektlər, istənilən növ ərzağı emal edərkən temperatur rejimini qorumalıdırlar; işçilər baş geyimi, tibbi maska və əlcəklərdən istifadə etməlidirlər; işçilər tez-tez maye sabun və su ilə əllərini yumalıdırlar; birdəfəlik əl kağızı ilə əllərini qurutduqdan sonra, tərkibində 70 faizdən az spirt olmayan və ya dezinfeksiyaedici məhlullar ilə əllərini təmizləməlidirlər;
- Qida istehsal və emal edən obyektlərə, ləvazimatları, eləcə də döşəməni dezinfeksiya və yuma vasitələrininin yolverilən maksimal konsentrasiyası ilə tez-tez yuyub-dezinfeksiya etmək tapşırılır;
- Qida istehsal və emal edən obyektlər işə başlamazdan əvvəl işçilərin sağlamlıq vəziyyətini yoxlamalıdırlar. (öskürək,tənəffüs çatışmamazlığı, temperatur və s). İstənilən növ məhsulun hazırlanmasında temperatur rejimi qorunmalıdır;
- Çatdırılma xidməti göstərən obyektlər qidanı birdəfəlik konteynerə yerləşdirməlidirlər, uzun zaman istifadə olunan konteyner halında isə, hər istifadədən sonra yuyulub-dezinfeksiya edilməsini təmin etməlidirlər; Qidanın nəql edilməsi zamanı müvafiq temperatur rejimi qorunmalıdır; İşçiləri maska və əlcəklər ilə təmin etməlidirlər;
- Pərakəndə və topdan satış obyektləri işçiləri maska və əlcəklər ilə təmin etməli; tez-tez yuma-dezinfeksiya işləri aparmalı və istifadəçi tərəfindən sosial məsafənin qorunmasına nəzarət etməlidirlər.
Şəxsi mülkiyyət ilə əlaqədar qadağalar təyin olunur:
- Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin ilk tələbindəcə, hüquqi və fiziki şəxslər, Gürcüstan vətəndaşlarını ölkəyə gətirmək və yükdaşımaları icra etmək məqsədi ilə çarter uçuşları həyata keçirməlidirlər;
- Müvafiq şəxslərin karantin zonalarına yerləşdirilməsini və yüklərin daşınması və təyinat yerinə çatdırılmasını təmin etməlidirlər.
- Vətəndaşların karantinə yerləşdirilməsi üçün müvafiq xidmətlər göstərən mehmanxana və oxşar yaşayış yerlərini təmin etməli və onlara lazımi şərait yaratmalıdırlar.
- Dövlət xidmətlərinin göstərilməsində məhdudiyyətlər qoyulur;
- Binaların sökülməsi dayandırılır və ya təxirə salınır;
- İnzibati şikayətlərin verilməsi və müzakirəsi müddəti dayandırılır;
- Notariat fəaliyyətlərinin fərqli qaydaları müəyyən edilir;
Bununla yanaşı, bütün Gürcüstan ərazisində fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə aşağıda sadalananlara icazə verilir:
- Əgər fövqəladə vəziyyət zamanı ictimai nəqliyyatın fəaliyyəti dayandırılmayıbsa, o zaman buraya 10 nəfərdən artıq insanın toplaşmasına icazə verilir;
- 10 nəfərdən artıq insanın tibb və ya dövlət müəssisəsində, müdafiə qüvvələri və penitensiar müəssisələrdə bir yerə toplaşmasına icazə verilir;
- Tikinti-infrastruktur işlərinin həyata keçirilməsi zamanı 10 nəfərdən artıq insanın bir yerə toplaşmasına dair qadağa tikinti-infrastruktur işlərinin həyata keçirilməsinə şamil olunmur;
- Qida, heyvan yemi, heyvan və bitki məhsullarının, məişət kimyası və gigiyena, baytarlıq preparatları, pestisidlər və aqrokimyəvi maddələr, toxum və əkin materiallarının pərakəndə satışına icazə verilir;
- Elektrik rabitənin (radio,televiziya), elektrik enerjisi, təbii qaz, su, benzin, dizel, mayeləşdirilmiş neft qazının təchizatı ilə məşğul olan obyektlərin fəaliyyətinə icazə verilir;
- Tibbi təyinatlı məhsullar və farmatsevt məhsullarının satışına qadağa aid deyil;
- Pərakəndə çatdırılma və satışı – təyinat yerinə aparılaraq və ya satış mərkəzinə istifadəçinin girişi olmadan həyata keçirən qida və malların pərakəndə, topdan satış, satış obyektlərinin fəaliyyətinə məhdudiyyətlər şamil olunmur;
- Mətbuat köşələrinə fəaliyyətlərinin dayandırılması tətbiq edilmir;
- Restoranlara və ictimai qida müəssisələrinə satış məkanına istifadəçi daxil olmadan bir tək çatdırılma və ya qidanın nəqliyyat vasitəsi ilə daşınmasına icazə verilir.