Gürcüstan ərazisində fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə təyin olunmuş məhdudiyyət və icazələr
Gürcüstan ərazisində fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə təyin olunmuş məhdudiyyət və icazələr

Gürcüstan  hökumətinin  sərəncamı  əsasında, ölkənin  bütün  ərazisində  fövqəladə vəziyyət  çərçivəsində  konkret məhdudiyyətlər  təyin olunub.

Məhdudiyyətlər və  icazələr  ilə  bağlı ətraflı  məlumatı Baş nazirin Mətbuat  Xidməti  yayır.

 

Nəqliyyat ilə gediş-gəlişə  məhdudiyyət  qoyulur:

Fövqəladə vəziyyətin  başa  çatmasınadək, hava,quru və dəniz  yolu  ilə  gediş-gəliş  dayandırılır. Zərurət  yaranacağı  halda çarter uçuşlarının həyata  keçirilməsi   planlaşdırılır. Səyahət  qatarı  ilə  hərəkət  qadağan  olunur,bir tək yükdaşımalar  fasilələr olmadan  həyata  keçirilir.

Şəhərlərarası  marşrut  taksiləri  və avtobuslarla  sərnişinlərin daşınmasına məhdudiyyət  qoyulur.Sərnişinlərin  daşınması məqsədi  ilə  daxili  hava  reysləri  ləğv olunur.Gürcüstan  hökuməti  ilə  razılaşma halında     bir tək  çarter reysləri  həyata  keçirilir.

Özünüidarəetmə  şəhər  və  munisipalitetin  inzibati  mərkəzinin  sərhədlərində  daxili  gediş-gəliş – sərnişinlərin  marşrut taksiləri və  avtobusla  daşınması dayandırılıb.Sözü gedən  məhdudiyyət  munisipalitet ərazisində  inzibati mərkəz  və  kəndlər  arasında  sərnişinlərin daşınmasına şamil olunmur.

 

Təhsil müəssisələrində aprelin 21-dək  tədris  prosesi  dayandırılıb:

Müvafiq  texniki  resursa  sahib  olma  halında ,ümumtəhsil  və  ali təhsil məktəblərində  uzaqdan tədris  mümkündür.

Tədris və elmi-tədqiqat müəssisələrində , administrasiyalar aprelin 21-dək əgər iş yerinə getmək olduqca vacib  deyil isə  distantiv rejimdə  işləməlidirlər.

Bütün növ treninq,konfrans və seminarlara qadağa  qoyulur.Oxşar  tədbirlərə  distantiv rejimdə  keçiriləcəyi  halda  icazə  verilir.

İmkan daxilində  avtorizasiya və akreditasiya eləcə də,  peşə hazırlığı  və  hazırlaşdırma qaydaları  ilə tələb  olunan inzibati  icraatın  distantiv  şəkildə  aparılmasına  icazə  verilir.Bu hallarda ,inzibati  icraatın müddəti fövqəladə  vəziyyətin  başa  çatmasınadək  dayandırılmış  hesab olunur.

 

Müxtəlif tədbirlərə  qoyulan  qadağalar:

Həm qapalı, həm də  açıq məkanlarda istənilən  növ mədəni  tədbirin  keçirilməsinə  qadağa qoyulub.

Həm qapalı, həm də  açıq məkanlarda  istənilən növ idman  tədbirlərinin, o  cümlədən təlim  və  məşqlərin  keçirilməsinə  qadağa  qoyulub.

Həm mədəni, həm də  idman tədbirlərinin  eləcə də  aktivliklərin bir tək  distantiv  formada keçirilməsinə  icazə  verilir.

 

Toplaşma,manifestasiya  və  bir araya gəlməyə      qadağa  qoyulur:

 

İctimai məkanlarda 10 –dan artıq    insanın  bir  araya  gəlməsi qadağan olunub.İctimai məkan, həm binada,  həm də  bayırdakı istənilən yeri nəzərdə  tutur  və özəl şəxsin yaşayış yerini  nəzərdə  tutmur.

10 –dan artıq insanın bir araya  gəlməsini nəzərdə  tutan  bütün sosial  tədbirlərə  qadağa  qoyulub.Nümunə üçün –yas mərasimləri,toy və.s

10 nəfərdən artıq insanın , fəaliyyətlərini davam  etdirən  özəl  müəssisələrə  toplaşmasına  yol  verilir.Onlar iş yerində  iki metrlik sosial  məsafə  saxlamalı  və Səhiyyə Nazirliyinin rekomendasiyalarına əməl  etməlidirlər.

 

İqtisadi fəaliyyət qadağan  olunur:

Restoranlara,qida  obyektlərinə ,müəssisələrə  xidmət məkanına  istifadəçilərin  daxil  olmasına icazə vermək  qadağan  olunur.Sözü  gedən  obyektlər  bir tək  çatdırılma  və ya  “ draiv” xidmət  göstərə  bilərlər.

Klub,əyləncəvi –istirahət mərkəzlərinin ,kino-teatrların, idman komplekslərinin,gözəllik  salonlarının ,gecə  klublarının  fəaliyyəti  dayandırıldı.

Azartlı və uduşlu  oyun  xidməti  qadağan olunub.Bəhsi  keçənlərə  bir tək  elektron formada icazə verilir.

Qida   istehsal və emal  edən  obyektlər ,istənilən növ ərzağı  emal edərkən  temperatur  rejimini qorumalıdırlar;  işçilər baş  geyimi,tibbi  maska və  əlcəklərdən istifadə  etməlidirlər;işçilər tez-tez maye  sabun və  su ilə əllərini  yumalıdırlar;birdəfəlik salfetlə  əllərini  qurutduqdan sonra , tərkibində 70 faizdən az    spirt olmayan  və ya dezinfeksiyaedici məhlullar  ilə əllərini təmizləməlidirlər;

Qida   istehsal  və  emal  edən  obyektlərə,    ləvazimatları  eləcə də yeri   dezinfeksiya və yuma vasitələrininin yolverilən  maksimal  konsentrasiyası  ilə tez-tez yuyub-dezinfeksiya etmək  tapşırılır;

Qida istehsal və emal edən obyektlər   işə  başlamazdan əvvəl işçilərin sağlamlıq  vəziyyətini  yoxlamalıdırlar.(öskürək,tənəffüs  çatışmamazlığı,temperatur və s).İstənilən növ məhsulun  hazırlanmasında  temperatur rejimi  qorunmalıdır;

Çatdırılma  xidməti  göstərən obyektlər  qidanı birdəfəlik konteynerə  yerləşdirməlidirlər, uzun zaman  istifadə  olunan  konteyner halında isə, hər  istifadədən sonra yuyulub-dezinfeksiya  edilməsini  təmin  etməlidirlər;Qidanın  nəql edilməsi  zamanı  müvafiq  temperatur   rejimi qorunmalıdır;İşçiləri maska və əlcəklər ilə təmin etməlidirlər;

Pərakəndə və  topdan  satış obyektləri  işçiləri  maska və əlcəklər ilə  təmin etməli;tez-tez yuma-dezinfeksiya  işləri  aparmalı  və istifadəçi  tərəfindən sosial məsafənin qorunmasına nəzarət etməlidirlər.

 

 

Şəxsi  mülkiyyət  ilə  əlaqədar  qadağalar təyin olunur:

Gürcüstanın İqtisadiyyat  və Davamlı  İnkişaf Nazirliyinin  ilk  tələbindəcə,hüquqi və fiziki  şəxslər ,Gürcüstan  vətəndaşlarını ölkəyə  gətirmək və  yükdaşımaları  icra  etmək məqsədi  ilə çarter uçuşları  həyata  keçirməlidirlər ;

Müvafiq şəxslərin  karantin  zonalarına  yerləşdirilməsini  və yüklərin daşınması və təyinat  yerinə  çatdırılmasını təmin etməlidirlər.

Vətəndaşların karantinə  yerləşdirilməsi üçün müvafiq xidmətlər göstərən mehmanxana  və oxşar yaşayış yerlərini təmin etməli  və onlara lazımi şərait yaratmalıdırlar.

Dövlət xidmətlərinin göstərilməsində məhdudiyyətlər qoyulur;

Binaların sökülməsi dayandırılır və ya təxirə salınır;

İnzibati  şikayətlərin  verilməsi və müzakirəsi  müddəti  dayandırılır ;

Notariat  fəaliyyətlərinin  fərqli qaydaları müəyyən edilir;

 

Bununla yanaşı, bütöv  Gürcüstan ərazisində  fövqəladə vəziyyətin qüvvədə  olduğu  müddətdə aşağıda  sadalananlara  icazə verilir:

Əgər  fövqəladə vəziyyət  zamanı  ictimai nəqliyyatın fəaliyyəti  dayandırılmayıbsa ,o zaman buraya  10-dan artıq insanın toplaşmasına icazə verilir;

10-dan artıq insanın  tibb  və ya dövlət müəssisəsində,müdafiə qüvvələri və penitensiar müəssisələrdə bir yerə toplaşmasına icazə verilir ;

10-dan artıq insanın  bir yerə  toplaşmasına dair  qadağa  tikinti –infrastruktur  işlərinin  həyata  keçirilməsinə  şamil  olunmur;

 

Qida, heyvan yemi,   heyvan və bitki  məhsullarının , məişət kimyası və gigiyena, baytarlıq preparatları, pestisidlər və aqrokimyəvi maddələr, toxum və əkin materiallarının pərakəndə satışına  icazə  verilir;

Elektrik rabitənin(radio,televiziya) , elektrik enerjisi, təbii qaz, su, benzin, dizel, mayeləşdirilmiş neft qazının   təchizatı  ilə  məşğul  olan  obyektlərin  fəaliyyətinə  icazə verilir;

Tibbi  təyinatlı məhsullar və  farmaçevt məhsullarının  satışına  qadağa şamil olunmur ;

Pərakəndə çatdırılma və satışı   – təyinat  yerinə aparılaraq  və ya satış mərkəzinə  istifadəçinin girişi olmadan  həyata  keçirən   qida və malların  pərakəndə / topdansatış / satış obyektlərinin  fəaliyyətinə məhdudiyyətlər şamil olunmur;

Mətbuat köşələrinə  fəaliyyətlərinin  dayandırılması tətbiq edilmir;

Restoranlara   və  ictimai qida  müəssisələrinə satış məkanına istifadəçi  daxil  olmadan  bir tək çatdırılma və ya qidanın nəqliyyat   vasitəsi  ilə daşınmasına icazə verilir.

 

Müəllif – Sevinc Mustafayeva