Gürcüstan ərazisində avqustun 21-22-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi rayonlarda isə dolu düşəcəyi gözlənilir
Gürcüstan ərazisində avqustun 21-22-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi rayonlarda isə dolu düşəcəyi gözlənilir

 
Avqustun 21 və 22-də, əsasən, günün ikinci yarısından başlayaraq Gürcüstan ərazisində, xüsusilə dağlıq və yüksək dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, bəzi yerlərdə güclü şimşək çaxacağı, dolu düşəcəyi, küləyin əsəcəyi gözlənilir.

Məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.

Qurum tərəfindən verilmiş məlumatda qeyd olunduğu üzrə, gözlənilən leysan yağışları Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmə-sel proseslərinin yaranmasına-aktivləşməsinə səbəb ola bilər.