Gürcüstan ərazilərinə qarşı yönəldilən qeyri-qanuni hərəkətdə ittiham edilən İveri Melaşvili və Natalya İliçovaya qarşı rəsmi ittiham irəli sürüldü
Gürcüstan ərazilərinə qarşı yönəldilən qeyri-qanuni hərəkətdə ittiham edilən İveri Melaşvili və Natalya İliçovaya qarşı rəsmi ittiham irəli sürüldü.
İşin prokuroru Mixeil Sadradzenin məlumatına görə, ittiham edən tərəf məhkəməyə ittiham edilən şəxslərə qarşı həbs cəzasının istifadə edilməsi tələbi ilə müraciət etdi.
“Həbs edilən şəxslərə qarşı cinayət məcəlləsinin 308-ci maddəsi ilə ittiham irəli sürülüb.
İttiham edən tərəf məhkəməyə ittiham edilən şəxlərə qarşı həbs cəzasından istifadə edilməsi tələbi ilə müraciət etdi. İttiham edilən şəxslər onlara qarşı irəli sürülən ittihamarı qəbul etmirlər.
İttihamın məzmununa gəlincə isə, onların etdiyi qeyri-qanuni hərəkət, Gürcüstanın tarixi ərazilərinin təqribən 3 500 hektarının Azərbaycan tərəfinə verilməsini nəzərdə tutur” – dedi prokuror Mixeil Sadradze.
Davit Qareci məsələsi ilə bağlı prokurorluq İveri Melaşvili və Natalya İliçovayı oktyabrın 7-də həbs etdi.
Prokurorluq tərəfindən yayılan məlumatda qeyd olunur ki, istintaqın başlamasına Gürcüstanın Müdafiyə Nazirliyi tərəfindən təqdim edilən yazılı məktub səbəb oldu. Hansında deyilir ki, Gürcüstan-Azərbaycan demarkasiya-delimitasiya komisiyasının fəaliyyət prosesində, illər ərzində, relevant sənədlər iqnor edilərək, qərarlar Gürcüstan ərazisinin əleyhinə verilirdi.
Həbs edilən şəxslər ittihamları qəbul etmirlər.
Xatırladaq ki, Gürcüstan prokurorluğu Gürcüstan ərazilərinin bir hissəsinin xarici ölkəyə verilməsi ilə bağlı qeyri-qanuni hərəkətlərin həyata keçirilməsi ilə bağlı istintaq başladıb. İstintaq çərçivəsində, Gürcüstanın Xarici İşlər Nazirliyinin qonşu ölkələr departamentinin sərhəd əlaqələri xidmətinin rəhbəri İveli Melaşvili və Gürcüstanın Daxili İşlər Nazirliyinin sərhəd polisinin quru sərhəd müdafiyəsi departamentinin baş inspektoru Natalya İliçova həbs olunublar.